Misli Premyer Liqasının ilk yarısındakı oyunlarda topa ən çox nəzarət edən komandalar bəlli olub. Sport24.az-ın məlumatına görə, 16 tura əsasən "Qarabağ" topa sahib olmada liderdir.
Ağdam təmsilçisində orta göstərici 65,3-ə bərabərdir.
"Zirə" (60,2) ikinci sırada yer alıbsa, "üçlüy"ü "Neftçi" (57,3) qapayır.
Maraqlıdır ki, çempionatın lideri olan "Sabah" (57,1) topa sahib olmada dördüncüdür.
"Araz-Naxçıvan" (50,9) beşinci, "Sumqayıt" (50,6) altıncı, "Kəpəz" (46,6) yeddinci, "Qəbələ" (45,5) səkkizinci, "Karvan-Yevlax" (43,2) doqquzuncu, "Turan Tovuz" (42,6) onuncu, "İmişli" (39,6) 11-ci, "Şamaxı" (38) 12-ci ola bilib.
Qeyd edək ki, mövsümün ilk yarısında 95 matç baş tutub. XIV turun "Qəbələ" - "Turan Tovuz" qarşılaşması duman səbəbindən təxirə salınıb.