Milli komandamızın müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan çempionatında 17-ci turun oyununa çıxıb. Sport24.az xəbər verir ki, komanda səfərdə Sofiya "Lokomotiv"i ilə qarşılaşıb.

 

Oyun qolsuz bərabərliklə başa çatıb - 0:0.

 

Cəlal meydana start heyətində çıxıb və sona qədər oynayıb.

 

Bu nəticədən sonra "Arda" turnir cədvəlində 20 xalla 10-cu pillədə qərarlaşıb.