"Kəpəz" yeni mövsümə hazırlıq ilə bağlı transfer çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, I Divizion təmsilçisi Cavid İmamverdiyevi heyətinə cəlb edib. Təcrübəli yarımmüdafiəçi "sarı-göylər"in heyətində 8 nömrəli futbolkada çıxış edəcək.

Xatırladaq ki, 31 yaşlı İmamverdiyevin son klubu "Sumqayıt" olub.