AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda müxtəlif yaş qrupu üzrə liqalarda çıxış edən komandalara cəzalar və cərimələr tətbiq edilib.

 

27 dekabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən "Neftçi" - "Kəpəz" oyununda "Kəpəz"in futbolçusu Cavanşir Vəliyev qarşılaşmanın 59-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

 

28 dekabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən "Mübariz" - "Dinamo" oyununda "Mübariz"in heyətində protokolda adı qeyd edilməyən 4 oyunçu iştirak etdiyinə görə Mübariz FA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.6)

 

28 dekabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən "Mübariz" - "Dinamo" oyununda "Dinamo"nun heyətində Miri Tağızadə qarşılaşmanın 71-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

 

25 dekabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən "Sabah" - "Turan Tovuz" oyununda "Turan Tovuz"un heyətində İlknur Babacanov qarşılaşmanın 68-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

 

24 dekabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən "Qarabağ" - "Metak"  oyununda "Metak"ın baş məşqçisi Mehman Səfərov qarşılaşmanın 73-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan qovulmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.4)

  26 dekabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ – "Dinamo"nun oyununda heyətində İbrahim Məmmədzadə qarşılaşmanın 19-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alıb. Buna görə 1 oyun cəzalandırılsın. (maddə 41)   29 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən "Asta" - "Birlik" oyununda "Birliy"in heyətində Ömər Babayev qarşılaşmanın 62-ci dəqiqəsində qeyri- idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan qovulduğuna görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)     29 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən "Asta" - "Birlik" oyununda "Asta"nın heyətində Şahin Qasımzadə qarşılaşmanın 73-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə aldığına görə 2 oyun cəzalandırılsın. (maddə 40.2)   29 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən Asta FK-Birlik PFK oyununda Birlik PFK komandasının heyətində N22 futbolçu Bilal Axundzadə qarşılaşmanın 73-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.2)   29 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən Asta FK-Birlik PFK oyununda Asta FK komandasının heyətində N7 Vahid Hacıyev qarşılaşmanın 76-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)   22 dekabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən Liman UFK-Young Pro oyununda Liman UFK komandasının heyətində N8 futbolçu Emin İsmayılov qarşılaşmanın 35-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 43.1)   22 dekabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən Liman UFK-Young Pro oyununda Young Pro komandasının heyətində N21 futbolçu Said Statema qarşılaşmanın 37-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 43.1)   22 dekabr 2024-cü il tarixində AFFA U-10 Liqasında keçirilən Neftçi PFK-Azərbaycan Qartalları oyununda Azərbaycan Qartalları komandasının koordinatoru Abdulkadir Öz hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılsın. (maddə 43.4)   28.12.2024-cü il tarixində keçirilməsi nəzərdə tutulan Yüksək Qızlar liqasının Qəbələ İK-Dirçəliş FK oyununa Qəbələ komandasının çıxa bilməməsi və ev sahibi komanda kimi oyunu təşkil edə bilməməsi (ev sahibi komandanın saatı bildirməməsi) səbəbilə oyun baş tutmadığına görə Qəbələ komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.4);   26.12.2024-cü il tarixində keçirilən futzal üzrə Ulduz – Dəstə Ordubad oyununda, Dəstə Ordubad komandasının qapıçısı Mirzağa Bağırlı oyunun 23-cü dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)   Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.