"Hər iki komandanın titula yiyələnmək şansı demək olar bərabərdir. "Neftçi"nin son oyunda qələbə qazanması və doğma meydanda olması psixoloji üstünlük yaradacaq".  Bu sözləri Sport24.az saytına açıqlamasında "Səbail"in sabiq baş məşqçisi Aftandil Hacıyev deyib.

42 yaşlı ntəxəssis Azərbaycan Kubokunun final mərhələsində keçiriləcək "Neftçi" - "Qəbələ" oyununu məhsuldar keçəcəyini gözləyir: "Dediyim amillər "Neftçi"ni üstün göstərir. Amma "Qəbələ" də çempionat ərzində baxımlı oyunu ilə ümid yaradıb. Maraqlı finalı olacaq. Fikrimcə, hər iki komanda hücum planında aktiv olacaq. Bol qollu oyun olacağını düşünürəm".

Qeyd edək ki, final oyunu iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.

 

 

KAMAL RZA