"Turan Tovuz" heyətinə yeni futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi qapıçı Oleq Baklovu "rənglərinə bağlayıb".
Son olaraq UFA-da çıxış etmiş 201 sm boya malik əlcək sahibi Rusiyada "Sızran-2003", "Krılya Sovetov", "Ural" və "KamAZ" klublarının da formasını geyinib.
Qeyd edək ki, Tacikistan millisinin qapısını qoruyan 30 yaşlı qolkiper ilə 2 illik müqavilə imzalanıb.