"Əks-hücumlara axmaqcasına çıxırdıq. Buna baxmayaraq, penalti qazandıq. Amma bundan istifadə edə bilmədik". Sport24.az xəbər verir ki, bu fikirləri "Bazel"in baş məşqçisi Patrik Rahmen "Lozanna" ilə evdə 1:1 hesablı heç-heçə etdikləri İsveçrə Super Liqasının XVI tur matçından sonra deyib.

Komandasının çıxışından narazı qalan 52 yaşlı mütəxəssis futbolçularını qınaytıb: "Bəzi epizodlarda oyunçularım məsuliyyəti öz üzərinə götürməliydi. Biz isə meydanda intihar etməyi seçdik".

Rahmen bu görüşü unutmalı olduqlarını bildirib: "Çünki cümə axşamı günü Konfrans Liqasında vacib oyuna çıxacağıq. Bizi "Qarabağ"la finala bərabər matçı gözləyir".

Qeyd edək ki, "Qarabağ" qonağı olacağı "Bazel"lə 11 xala malikdi və hər ikisi vaxtından əvvəl pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri olaraq 1/8 finala yüksələ bilər.