Bir neçə gündü adı "Sumqayıt"la yanaşı hallanan Aleksey Baqanın Azərbaycanda çalışmaq variantı həqiqətən gündəmdə olub. Lakin son anda alınmayıb. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, ancaq bu klub "gənclik şəhəri"nin təmsilçisi deyilmiş.

 

Redaksiyamıza daxil olan bilgiyə əsasən, belaruslu mütəxəssisə "Kəpəz"i çalışdırmaq təklif olunub. Baqa da yenidən Misli Premyer Liqasında işləməyə isti yanaşıb. Lakin son anda "sarı-göylər"in rəhbərliyi fikrindən daşınıb və Azər Bağırovla yola davam etmək qərarına gəlib.

 

Qeyd edək ki, mövsümün sonuna iki tur qalmış aktivində 32 xal olan "Kəpəz" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.