Bu gün minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə start verilib. Sport24.az xəbər verir ki, mötəbər turnirdə ölkəmizi"Birbaşa Bakı" və "AzNur" təmsil edir.

 

Varşavada keçirilən yarışda ilk olaraq meydana C qrupunda yer alan "AzNur" çıxıb. Rəcəb Fərəczadənin çalışdırdığı komanda Fransa təmsilçisi "Les Piopio" ilə qarşılaşıb. matç "AzNur"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

E qrupunda qərarlaşan Azərbaycan çempionu "Birbaşa Bakı"nın ilk rəqibi isə İspaniyanın "Malaqa" klubu olacaq.

 

Çempionlar Liqası
Qrup mərhələsi
C qrupu
"AzNur" – "Les Piopio" (Fransa) – 2:1
Qollar:
 Böyükağa Quliyev, 2. Raqif Eyvazov, 12. – Vinsent Minbielle, 17.