Azərbaycan klubları avrokuboklarda 400-cü qolu vurub. Sport24.az xəbər verir ki, yubiley “Qarabağ”ın “Ferensvaroş”la səfər matçına təsadüf edib.

Çempionlar Liqasının III təsnifat mərhələsinin Macarıstandakı cavab matçında (3:1) təmsilçimizin vurduğu son top Azərbaycan futbolu tarixinə 400-cü kimi düşüb. Bu qola İbrahima Vadji imza atıb.

Təmsilçilərimizin Avropadakı ilk qolunun müəllifi isə Yadigar Süleymanov olub. “Kəpəz”in futbolçusu 1995-ci il avqustun 22-də Vyanada “Austriya”nın (1:5) qapısına yol tapıb.

Qeyd edək ki, texniki nəticələr və nəticəsi ləğv olunan oyunlardakı qollar nəzərə alınmır (apasport.az).