DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – Fransa oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Didye Deşam jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi…

 

– Oyunçular gözləntilərinizi qarşıladı?


– İşimizi gördük və qələbə qazandıq. Azərbaycan yığması aqressiv oynayırdı. İki top fərqi ilə qalib gəldik. Bundan sonrakı oyunlara da hazırıq.

 

– Akliuşun oyunu haqda nə düşünürsünüz?


– İrəliləyiş var. Daha da yaxşı olacaq. Ondan gözləntilərimiz böyükdür.

 

– Ekitike və Mateta haqda fikirləriniz nədir?


– Oynayır, qollar vurmağa çalışırdılar. Mateta millidə ikinci qolu vurdu. Gələcəkdə onun üçün daha yaxşı olacaq.

 

– Oyundan əvvəl ilk 5 dəqiqədə Azərbaycanın qol vuracağını desəydilər, nə düşünərdiz?

Heç vaxt bu cür düşünmürəm. Bizim üçün də təəccüblü oldu. Futbol 90 dəqiqədir. Oyunun əvvəlində aqressiv komandayla qarşılaşdıq. Lakin sonra vəziyyəti dəyişdik. Azərbaycan üç gün əvvəl də oynamışdı və onlara çətin bu gün də çətin idi.

 

– Keffren Türam atası kimi qol vura bilər?

– Gənc və istedadlıdır. Qol vursaydı, statistikası, özünəinamı artardı.

 

– 30 il əvvəl futbolçu kimi Azərbaycana qarşı oynamışdıq. Müqayisənizdə hansı məqamlara toxunardınız?

– 30 il keçib. Dəqiqliklə xatırlamıram. Bütün komandalara hörmətlə yanaşıram. Bugünkü komandalar üzərlərində çox işləyir. Məsələn, "Qarabağ"ı demək olar, Çempionlar Liqasında xallar qazanırlar. Azərbaycan yığmasında da irəliləyiş var.

 

– Bakı və Azərbaycan haqda fikirləriniz nədir?

– Bakıda əla zaman keçirdik. Stadion dolu idi. Azarkeşlər möhtəşəm atmosfer yaratmışdı.

 

– İki qolunuz sayılmadı. Hər ikisində etiraz etdiniz. Bu, hakimə idi, ya futbolçularınıza?

– VAR-ın qərarlarına qarşı çıxmıram. İlk qolumuzda əllə oyun var idi. Müzakirə etmək olardı. İkinci qolda əllə oyun görünürdü. Əsəbi deyildim. İlk dəfə idi, bir oyunda bu qədər qollarımız sayılmırdı. Bunlar oyun qaydalarıdır və qəbul edirəm.