FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, Umudlu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə oyunun baş hakimi olacaq.

 

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

 

Noyabrın 18-də Preşov şəhərində yerləşən "Tatran" stadionunda keçiriləcək D qrupunun qarşılaşmasına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.