Azərbaycan millisinin üzvü Fidan Cəfərova Türkiyədə oynayacaq. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi "Hakkarigücü" ilə anlaşıb.

 

O,bu komandada bir illik müqavilə imzalayıb. Millimizin futbolçusu artıq yeni komandasına qoşulub.