Albaniyanın "Eqnatiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, 23 yaşlı müdafiəçi öz fotosunu paylaşaraq "Mən qalib gələnədək bitməyəcək" yazıb.

"Eqnatiya" son olaraq ölkə çempionatının 33-cu turunda evdə gözlənilmədən "Elbasani"yə uduzub - 1:2. Komanda hazırda 58 xalla liderdir.

Zamiq Əliyev yığmanın Belarusa 0:2 hesabı ilə uduzduğu yoldaşlıq görüşündə start heyətində meydana daxil olmuşdu və 83-cü dəqiqədə əvəzlənmişdi. O, bu qarşılaşmada etdiyi səhvlərə görə də tənqid edilib.