Ramon Maçado Premyer Liqada 20-ci qolunu vurub. "Araz-Naxçıvan"ın futbolçusu Misli Premyer Liqasının 17-ci turunun "İmişli" ilə səfər matçında (2:2) fərqlənib. Sport24.az xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına görə, 35 yaşlı hücumçu 93-cü oyununda 20-yə çatıb.

 

Premyer Liqada 2021/22 mövsümündə debüt edən Maçado "Neftçi"də 5, "Qəbələ"də 8, "Araz-Naxçıvan"da 7 dəfə rəqib qapısına yol tapıb.

 

O, Premyer Liqa tarixinə 20 və daha çox qol vuran 11-ci braziliyalı kimi düşüb. Bu siyahıya isə 44 qolla Reynaldo Silva başçılıq edir.

 

1. Reynaldo Silva - 44

 

2. Junivan Suares - 40

 

3. Junior Nildo - 37

 

4. Flavinyo - 31

 

5. Rafael Utziq - 26

 

6-8. Dodo - 23

 

Olavio Juninyo - 23

 

Kadi Borqes – 23

 

9. Mario Souza - 22

 

10. Felipe Santos - 21

 

11. Ramon Maçado - 20

 

Qeyd edək ki, Azərbaycan vətəndaşlığı olan braziliyalı Riçard Almeyda daha çox – 51 qola imza atıb.