Misli Premyer Liqasının 17-ci turunun ikinci oyun gününə Suraxanıda yekun vurulacaq. Sport24.az xəbər verir ki, həftəiçi Çempionlar Liqasında tarix yazan "Qarabağ" "Kəpəz"i qonaq edir.

 

Turnir cədvəlinin fərqli qütblərində qərarlaşan komandaların görüşündə heç şübhəsiz ki, favorit Ağdam klubudur. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv lider "Sabah"dan bir xal geri qalmaqla 36 xalla ikinci yerdə gedir. Gəncə təmsilçisi isə 9 xalla 10-cudur.

 

Qeyd edək ki, turun digər 2 oyunu - "Sumqayıt" - Turan Tovuz" və "Sabah" - "Karvan-Yevlax" qarşılaşmaları sabah keçiriləcək.

 

Misli Premyer Liqası

II dövrə, XVII tur

16:30. "Qarabağ - "Kəpəz" 0:1 (Birinci hissə)

Qol: Ryonosuke Ohori, 24

Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Bakı. "Azersun Arena"

 

"Qarabağ": 97. Fabian Buntiç 55. Bədavi Hüseynov (k) 30. Abbas Hüseynov 27. Toral Bayramov 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai

 

Ehtiyat oyunçular: 99. Mateus Koxalski 77. Ramil Şeydayev 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 32. Hikmət Cəbrayılzadə 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

 

"Kəpəz": 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 8. Veysəl Rzayev 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori

 

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 99. Əli Səmədov 77. Fərid Nəbiyev 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 11. Rəhman Hacıyev 80. Şahnur İsmayılov 12. Mahamadu Ba