"Vacib olan məğlub olmamaq idi. Bunu da bacardıq. Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Ceyhun Nuriyev jurnalistlərə açıqlamasında deyib.
Yarımmüdafiəçi Ukrayna ilə heç-heçə etdikləri (1:1) DÇ-2026-nın seçmə mərhələ oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Qısa müddətdə komandada çox şey dəyişdi. Baş məşqçi dəyişikliyi oldu. Heyətə yeni oyunçular cəlb olundu. Ayxan Abbasov gəldi. İslandiyadakı ağır məğlubiyyətdən sonra toparlanmaq çox çətin idi. Amma toparlana bildik və layiqli bir xalımızı əldə etdik".
Nuriyev qarşılaşmadan sonra müvəqqəti baş məşqçi Ayxan Abbasovun onları təbrik etdiyini söyləyib: "Bütün futbolçulara inanırdı. Biz də inamlarını doğrultduq".
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də İslandiyaya beş cavabsız qolla uduzub.