AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
O, qadınlar arasında UEFA Avropa Kubokunun I təsnifat mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək "Ayaks" (Niderland) – "Şturm" (Avstriya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Niderlandın Duivendrext şəhərində yerləşən "De Toekomst" stadionunda baş tutacaq.