"Sabah"ı Azərbaycan Kubokunun finalında böyük oyun gözləyir. Sport24.az xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Pavol Şafranko mətbuat konfransında deyib.

 

O, "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:

 

"Hər iki kollektiv üçün vacib matçdır. Titula sahib çıxmaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün söz verirəm".

 

Şafranko Azərbaycan Kubokunun qalibi olmaq istədiyini sözlərinə əlavə edib:

 

"Hər titul önəmlidir. Azərbaycan Kubokunu qazandığım digər titullardan üstün tutmuram".

 

Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.