İkinci Liqa klubu "Xankəndi"nin heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, komandanın futbolçusu İlyas Səfərzadə bu gün liqanın 11-ci turu çərçivəsində keçirilən "Şirvan"la oyunun 5-ci dəqiqəsində reklam şitinə dəyərək ağır zədə alıb.
29 yaşlı futbolçu dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Xəstəxanada futbolçunun ayağına 5 tikiş qoyulub. Həkimlər bildirib ki, futbolçu ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Xankəndi" - "Şirvan" matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

