"Kəpəz" klubunun yollarını ayırmaq istədiyi daha bir futbolçu müəyyənləşib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Gəncə təmsilçisi qışda nigeriyalı Olavale Onanuqa ilə vidalaşmaq niyyətindədir. Yarımmüdafiəçinin çıxışı hazırkı məşqçilər korpusunu qane etmir.
Lakin "sarı-göylər" ilk növbədə oyunçu ilə anlaşmalıdır. Çünki Onanuqanın 2026-cı ilin yayınadək müqaviləsi var.
Hətta baş məşqçi Azər Bağırov ona növbəti matçlarda da özünü sübut etməsi üçün şans verəcəyini də deyib.
Qeyd edək ki, "Kəpəz"də bir neçə legioner "qara-siyahı"dadı. Daha əvvəl qapıçı Kaçper Rosanın bu oyunçulardan biri olduğunu yazmışıq.