Misli Premyer Liqası təmsilçisi "Sabah" yoxlama oyununda I Liqada çıxış edən "Mingəçevir"lə qarşılaşıb. Sport24.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matç ev sahiblərinin 9:1 hesablı qələbəsi ilə bitib.
"Bayquşlar"ın heyətində Xəyal Əliyev və Velko Simiç het-trik ediblər. Digər qolları isə Umarali Raxmonaliyev (penaltidən), Kahim Parris və Tellur Mütəllimov bölgə kollektivinin qapısından keçiriblər.