“İlk növbədə şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Bütöv Azərbaycan gözəldir. Oyuna gəldikdə, bu gün yaxşı oynadıq. Nəticə qazana bilməsək də, heyifsilənməməliyik”.

Sport24.az saytının məlumatına görə, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının VII turunda “Səbail”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, futbolçularının yanında olduğunu söyləyib: “Vəziyyəti təhlil edib, gələcəyə baxmalıyıq.Qol epizodları yaratsaq da, dəyərləndirə bilmədik”.

Bağırov komandasından narazı qalmadığını bildirib: “Bu gün həm müdafiədən topla çıxışımız, həm irəlidə oyunumuz pis alınmınmırdı. Düzdür, bəzən tələsirdik. Bu da oyunçuların təcrübəsizliyindəndir. 5 yerli futbolçu ilə oyuna başladıq. Onların çoxu uzun müddət Premyer Liqadan kənarda qalıblar. İnadkarlıqla mübarizə aparırlar. 90 faiz dediklərimi edirlər. Daha da artıracaqlar”.