"Neftçi" çox təhlükəli, heyətində yetərincə keyfiyyətli futbolçular olan komandadı. Çempionatda işləri yaxşı getmədiyindən bizimlə oyunda aqresiv olacağlarını bilirdik. Rəqibi yaxşı analiz etmişdik. Düşünürəm ki, bu gün yaxşı oyunla vacib qələbə qazandıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin üzvü Aydın Bayramov deyib.

28 yaşlı qolkiper komandadakı rəqabətdən və qarşıdakı oyunlardan da danışıb: "Çərçivə"də güclü rəqabət var. İstşər Anar, istər Tiaqo, istərsə də Səlim olsun, hər biri yaxşı formadadı. Kimə şans verilsə, özünü yaxşı tərəfdən göstərməyə hazırdı. Belə raqəbətin olması mənə də xoşdu. Əvvəl çıxış etdiyim komandalarda da ciddi rəqabətin tərəfdarı olmuşam. "Neftçi" üzərində qələbə toparlanmağımız üçün lazım idi. Çünki əvvəlki iki turda məğlub olmuşduq. Bu qalibiyyət növbəti qarşılaşmalar üçün bizə motivasiya verəcək".

 

Qeyd edək ki, Premyer Liqanın VI turu çərçivəsində "Zirə" öz meydanında "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

POLAD AZƏR