"Ayaks"ın baş direktoru və idarə heyətinin sədri Aleks Kruz işindən uzaqlaşdırılıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Aleks Kruz insayder ticarəti ilə bağlı şübhələrə görə işindən uzaqlaşdırılıb.
Bildirilir ki, qərar Kruzun baş direktor vəzifəsinə keçməzdən bir həftə əvvəl "Ayaks"da 17 mindən çox səhm aldığını müəyyən etdikdən sonra verilib. Klubun Müşahidə Şurası belə qənaətə gəlib ki, Aleks insayder ticarəti ilə məşğuldur. Müstəqil hüquq firması Amsterdam təmsilçisinə bu faktı müəyyən etməyə kömək edib.
Kruz ötən ilin avqustunda "Ayaks"a təyin olunub, lakin yalnız martın 15-də işə başlayıb. Amsterdam klubu hələ onun yerinə yeni mütəxəssis axtarmağı planlaşdırmır.