"AFFA-da yeni rəhbərin gəlməsinin futbolumuza nə dərəcədə faydalı olacağını indidən demək çox tezdi. Amma dünənki konfransdakı çıxışları nəzərə alsaq, istiqamətin doğru olduğunu təsdiq edə bilərəm" Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov bildirib.

 

Məşqçilik kurlasrına rəhbərlik edən veteran futbolçu da saytımıza açıqlamasında etriaf edib ki, köhnə rəhbərlikdən qalma uşaq futbolunda yetərincə problem var: "Yeni Prezident Rövşən Nəcəf uşaq futboluna diqqət ayıracağını vurğuladı. Həmçinin bu sahə ilə bağlı daha çox layihələrin həyata keçirilməsinin də vacibliyini qeyd etdi. Bilirsiz ki, futbolun inkişafında əsas amillərdən biri, hətta deyərdim təməl, uşaq futbolunu inkişaf etdirməkdi. Bu gün reallıq odur ki, uşaq futbolumuzda ciddi problemlər var. Aşağıdan uşaqlar yetişmir deyə, yığmaya futbolçu cəlb etməkdə çətinlik çəkirik. Əgər assosiasiyanın yeni rəhbəri dediyi kimi işə bu problemin həllindən başlayarsa, gələcəyə ümidli ola bilərik. Amma hələ görüləcək işlər çoxdu. Ümumilikdə. Indidən yenə rəhbərliklə bağlı fikir bildirmək çox tezdi".



Polad Azər