"Sumqayıt" "Kəpəz"ə məğlub olsa və Vaqif Cavadov istefa versə, qərarına hörmətlə yanaşmaq lazımdır". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.

 

Təcrübəli  mütəxəssis "Sumqayıt"ın uğursuz nəticələrində Vaqif Cavadovun günahsız olduğunu bildirib:

 

"Mənə görə çempionatı sona çatıdırıb, daha sonra fikir bildirmək olar. Çempionatda bir komandaya məğlub olandan sonra baş məşqçini istefaya göndərmək lazım deyil. Günah Vaqif Cavadovdadır? Məncə, yox. Keyfiyyət və bəxt amili əsas rol oynayır. Son zamanlarda 5-6 oyunçusu zədəli oldu, keyfiyyət aşağı düşdü. İndiki dövrdə problem baş məşqçidə deyil".

 

Xatırladaq ki, bu gün saat 17:00-da "Sumqayıt" "Kəpəz"i qəbul edəcək.