"Neftçi" Misli Premyer Liqasının XVI turu çərçivəsində "Sumqayıt"la qarşılaşmadan (0:2) hesabı ilə matçdan məğlub ayrılıb. Sport24.az saytına açıqlamasında Arif Əsədov "ağ-qaralar"ın qeyri sabit çıxışı ilə bağlı danışıb.
"Neftçi" haqqında fikir bildirmək çətindir. Baş məşqçi Samir Abasov yenidir. Problem üzə çıxır. Bu bir və ya iki günün məsələsi deyil. Uzunmüddətli problemdir. Hər zaman yeni baş məşqçi gələndə belə olaylar olur. Ancaq arzulayırıq ki, "Neftçi" tezliklə bu vəziyyətdən çıxsın".