"Araz-Naxçıvan" növbəti transferini rəsmiləşdirib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda mərkəz müdafiəçisi Rahil Məmmədovla anlaşıb.

 

29 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 ildir.

 

Məmmədov müxtəlif illərdə "Neftçi", "Səbail", "Zirə", "Qarabağ", Polşanın LKS Lodz və "Radomyak" klublarında çıxış edib. Müdafiəçi Azərbaycan milli komandasının üzvüdür.