"Araz-Naxçıvan" klubu ciddi itki ilə üzləşib. Sport24.az-ın məlumatına görə, komandanın aparıcı futbolçularından hesab olunan Bəxtiyar Həsənalızadə cəzalı duruma düşüb.
Buna müdafiəçinin Misli Premyer Liqasının XVII turunda "İmişli" ilə oyunda sarı vərəqə görməsi səbəb olub. Həsənalızadə cari mövsüm dördüncü dəfə bu halla üzləşdiyi üçün XVIII turda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "İmişli" - "Araz-Naxçıvan" oyunu 2:2 hesabı ilə başa çatıb. Naxçıvan təmsilçisi XVIII turda "Neftçi" ilə üz-üzə gələcək.