UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris"də ayrılıq gerçəkləşib. Sport24.az xəbər verir ki, Saloniki təmsilçisi qapıçı Filip Sidklevi "Əl-Biddə"yə satıb.
Bu barədə Qətər klubunun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı isveçli qolkiper yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" Bakıda keçirilən ilk matçda "Aris"i 2:1 hesabı ilə məğlub edib. Bu komandalar arasında savab oyunu sabah Bakı vaxtı ilə saat 22:15-də Yunanıstanda baş tutacaq.