Futbol üzrə Cənubi Koreya çempionatında 5-ci turun oyunları keçirilib. Sport24.az. xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası "Daejeon" "Ulsan"la qarşılaşıb və 2:0 hesabıyla qalib gəlib.

 

Anton da bu görüşün iştirakçısı olub. Matçı əəvəzolunmadan keçirən milli üzvü 90+3-cü dəqiqədə sarı vərəqə alıb.

 

Qeyd edək ki, "Daejeon" hazırda 5 xalla 7-ci pillədə qərarlaşıb.