"Təəssüf ki, məğlub olduq. Hazırda bu nəticə barədə nəsə demək çətindir. Yaxşı rəqibə qarşı oynadıq".
Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk deyib.
Təcrübəli müdafiəçi yığmamızın Maltaya məğlub olduğu oyunu şərh edib:
"Qol epizodlarımız kifayət qədər çox idi, lakin onlardan yararlana bilmədik. Qarşıda San Marino ilə oyun var və bütün diqqətimizi həmin qarşılaşmaya yönəldəcəyik. Malta millisi güclü rəqiblərə qarşı həmişə daha intizamlı və diqqətli oynayır. Bu gün də bunu nümayiş etdirdilər. Bizim isə potensialımız böyükdür. Qarşıdakı matçlarda daha diqqətli olub səhvlərimizi minimuma endirməyə çalışacağıq. Abdulla Xaybullayevlə Matç bitdikdən sonra danışdıq, əl sıxdıq və həmin söhbəti bağladıq. Belə hallar futbolun içində olur".
Qeyd edək ki, millimiz növbəti yoldaşlıq oyununu iyunun 9-da eyni stadionda San Marino yığmasına qarşı keçirəcək.