"Bayer"in sabiq qapıçısı Andrey Lunyov komandanın baş məşqçisi Xabi Alonso haqda fikirlərini bölüşüb. Sport24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Qarabağ"ın qolkiperi ispaniyalı çalıçdırıcının bir çox hallarda qışqırmadığını, əksinə, komandanı lazım olan anda hərəkətə gətirdiyini bildirib:

 

"Alonso çox sakitdir. Eyni zamanda, o, enerjili şəkildə sözünü deyir. O, pıçıltı ilə danışan Kurban Berdiyev kimi deyil. Alonso qışqırmır, əksinə, komandanı hərəkətə gətirir. Xüsusilə, konsentrasiya vacib olduğu anlarda".

 

Qeyd edək ki, Lunyov hazırda "Qarabağ"da çıxış edir. Onunla klub arasında müqavilənin müddəti bu ilin iyun ayına qədərdir.