Azərbaycan millisinin sabiq hücumçusu Amil Yunanov Albaniyanın "Bilis" klubundan ayrılıb. Bu barədə məlumatı Sport24.az saytına açıqlamasında futbolçunun meneceri Yunis Yunisli bildirib.

 

Onun sözlərinə görə futbolçunun komandadan ayrılma səbəbi "Bilis"in yeni baş məşqçisi Nevil Dede Yunanovu komandanın heyətində görmək istəməməsi olub:

 

"Amil Yunanov keçmiş baş məşqçi Emmanuel Egbonun istəyilə "Byulis"ə transfer olunmuşdu. Nevil Dedenin gəlişindən sonra Amilin zədə səbəbindən 3-4 gün məşqlərdə iştirak edə bilmədi. Məşqlərə qayıdanda Nevil Dede ilə problemlər yaşandı. Mütəxəssis Amili komandasında görmək istəmirdi. Futbolçu bu cür hallardan sonra komandadan ayrılmağı planlaşdırdı. Hal-hazırda klubla danışıq gedir. Yaxın zamanda transfer vərəqəsini alacayıq.