"Sabah"la oyunda yaxşı performans sərgiləyib, gözəl qələbə qazandıq. Meydanda hamımız cəngavər kimi döyüşdük". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Ahmet Ayzaya deyib.


"Qırmızı-qaralar"ın nigeriyalı legioneri qarşıdakı iki tur və gələcək planları barədə də danışıb: "Sonuncu pillədən qurtula bilməyəcəyimiz və elitanı tərk edəcəyimiz artıq dəqiqləşib. Buna baxmayaraq, xarakter göstərmək istəyirik. Odur ki, qarşıdakı iki oyunda da maksimum nəticəyə köklənmişik. Karyeramla bağlı isə hələ qərar verməmişəm. Mövsümün bitməsini gözləyirəm. Tələsməyə ehtiyac yoxdu".

 

Qeyd edək ki, Ayazaya cari mövsümdə "Qəbələ"nin heyətində bütün turnirlərdə 24 oyuna çıxıb. Yarımmüdafiəçinin aktivində 1 qol və 1 məhsuldar ötürmə var.