AFFA-nın baş katibi Sərxan Hacıyev Qərb zonasına səfəri çərçivəsində Tovuza gedib.

Sport24.az xəbər verir ki, “Turan Tovuz” Futbol Akademiyasına baş çəkən baş katib Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi ilə bağlı görülən işlərlə maraqlanıb.

Xatırladaq ki, Sərxan Hacıyev daha öncə Gəncədə də olub, şəhər stadionuna baş çəkib, Gəncə Futbol Akademiyasında görülən tikinti işlərinin gedişi ilə də tanış olub.