AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının X turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib. Sport24.az xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.

 

O, "Karvan-Yevlax" - "Zirə" (2:3), "Turan Tovuz" - "Şamaxı" (2:1), "Qarabağ" - "İmişli" (2:0) və "Neftçi" - "Kəpəz" (5:1) matçlarında qeydə alınan ümumilikdə 5 epizodla bağlı fikirlərini bölüşüb.

 

Belçikalı mütəxəssis hakimlərin həmin epizodlar zamanı düzgün qərarlar verdiyini bildirib.