"Qarabağ"ın oyun fəlsəfəsi topa sahib olmaq, oyunu qısa ötürmələrlə qurmaq, oyunçular arasında hərəkətli mövqe dəyişmək üzərində qurulub". Yekunda demək olar ki, onlar son 10-12 ildə Azərbaycan futboluna hakimdirlər və həqiqətən də güclü komandadırlar".
Sport24.az xəbər verir ki, "Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Çempionlar Liqasının təsnifat mərhələsinin 2-ci turunda İrlandiyanın "Şelburn"u üzərində qələbə qazanacağı təqdirdə FKSB (Rumıniya) – "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq "Qarabağ" haqda danışarkən deyib.
Rumın mütəxəssis Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov barədə də fikirlərini açıqlayıb: "Komandanın baş məşqçisi 2008-ci ildən ona rəhbərlik edən Qurban Qurbanovdur. O, "Qarabağ" üçün əsas simadır. Səhv etmirəmsə, müasir Azərbaycan futbolunun ən uğurlu məşqçisidir".
Qeyd edək ki, "Şkendiya" - FKSB matçı 1:0 hesabı ilə Şimali Makedoniya klubunun qələbəsi ilə yekunlaşıb.