"Qarabağ"ın oyunu hamıya məlumdur. İstər Avropada yüksəl tempdə olan matçlar, istərsə də yerli çempionatda rotasiya etdiyi qarşılaşmalar. Komanda eyni üslubu saxlayır". 

 

Bu sözləri Sport24.az-a açıqlamasında "Zirə" və "Kəpəz" klublarının sabiq baş məşqçisi Adil Şükürov deyib.

 

Mütəxəssis Misli Premyer Liqasının 32-ci turunda bu gün keçiriləcək "Sabah" - "Qarabağ" oyunu haqqında fikirlərini bölüşüb: 

 

"Ağdam təmsilçisinin bu cür matçlarda təcrübəsi daha çoxdur. "Sabah" isə çempionatda qeyri-stabil oyun sərgiləyir. Nəticə olaraqda daha çox bütün güclərini finala saxlayacaqlar. Düzdür, bu, çempionat oyunudur və burada da çox fərqli üslub seçilə bilər".

 

Qeyd edək ki, bu gün keçiriləcək "Sabah" - "Qarabağ" oyunu saat 20:00-da başlayacaq.