21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Sport24.az xəbər veirr ki, Samir Əliyevin baş məşqçi olduğu komanda F qrupunda Lüksemburq, Şimali İrlandiya, Serbiya, Ukrayna və İngiltərə yığması ilə mübarizə aparacaq.

Xatırladaq ki, qitə çempionatının final mərhələsi 2025-ci ildə Slovakiyada keçiriləcək.