Konfrans Liqasının qrup mərhələsinin III turunda “Kayrat”la oyunda (2:1) qələbə qolunun müəllifi olan “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov matçdan sonra göz yaşlarını saxlaya bilməyib. Sport24.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə "Facebook"da Hüseynovun ötən gün nənəsinin rəhmətə getdiyini haqda məlumat verib: "Oyundan əvvəl deyirdi ki, nənəmə son nəfəsində qol sözü vermişəm! Ona görə ağlayırdı…”

Xatırladaq ki, Abbas komandasına 90+1-ci dəqiqədə vurduğu qolla qələbə qazandırıb.