"Qarabağ"ın ağır zədələnən futbolçusu Abbas Hüseynov yaşıl meydana dönüşü üçün xeyli gözləməli olacaq. Sport24.az xəbər verir ki, 28 yaşlı sağ cinah müdafiəçisi əməliyyatdan sonra ayağı sarıqlıdı. və gəzərkən qoltuq ağacından istifadə edir.

Bu yerdə bildirək ki, Abbasın komandasının yanvarda Antalyada qış təlim-məşq toplanışında diz arxa çarpaz bağları sıradan çıxmışdı və bunda sonra xaricdə əməliyyat olumuşdu. Hüseyov bu həftə sarıqlarının açılmasıyla yavaş-yavaş-yavaş fizioterapiyaya başlayacaq. 

İstənilən halda, Abbas üçün cari mövsüm erkən başa çatıb və o, ən yaxşı halda, bu yayın sonunda komandayla hazırlığa qatıla biləcək.