"Ramil Şeydayevin özünə, karyerasına hörmətimiz var. Ancaq onun klubuyla müqaviləsi var. Ona görə də indi bu barədə nə isə danışmaq etik olmaz". Sport24.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində Azərbaycan millisi və "Sabah"ın futbolçusu Ramil Şeydayevi transfer edəcəkləri ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

 

Abasov adı "ağ-qaralar"la ətrafında hallanan "Qəbələ"nin nigeriyalı hücumçusu Ceyms Adeniyinin keçidi ehtimalına da toxunub: "Adeniyini "Neftçi"yə calamaq istəyənlər var idi. Nə onunla, nə də adları çəkilən digər hücumçularla maraqlanırıq".