"Sərhədçi" komandası heyətinə daha bir legioner basketbolçu qatıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Paytaxt təmsilçisi ABŞ-dan olan oyunçu Xari Brodveylə anlaşıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Qeyd edək ki, 1,90 santimetr boya malik Brodveyin son klubu NCAA ikinci divizionunda mübarizə aparan "Minot State University" olub.