"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxacaq. Sport24.az xəbər verir ki, "bayquşlar" "doğma divarlar" arasında Fransa təmsilçisi "Elan Şalon"la üz-üzə gələcək.
Milli Gimnastika Arenasında baş tutacaq görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Bakı klubu daha əvvəl bu rəqibinə 71:84 hesabı ilə uduzub. "Sabah" həmçinin Çexiyanın "Nimburk" (65:93) və Almaniyanın "Alba" (76:85) komandalarına da məğlub olub.