"Sabah" basketbol klubu FIBA Avropa Kubokunu qələbə ilə başa vurub. Sport24.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda İsveç təmsilçisi "Norrköpinginq Dolphins"ə 83:75 hesabı ilə qalib gəlib.

 

"Bayquşlar" əvvəlki qarşılaşmaların nəticələrinə əsasən FIBA Avropa Kubokunda mübarizəni dayandırıb.

 

Qeyd edək ki, "Sabah" daha əvvəl hər iki görüşdə Yunanıstanın "Marussi" kollektivinə uduzub – 70:82, 71:82. Azərbaycan komandası həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın "Spiru" klubuna evdə 68:78, səfərdə 81:82, "Norrköpinginq Dolphins"ə isə Bakıda 70:74 hesabı ilə yenilib.