Azərbaycan Basketbol Liqasının (ABL) ən məhsuldar oyunçuları siyahısına Kemeron Cons başçılıq edir. Sport24.az xəbər verir ki, 8 turun nəticələrinə əsasən, "Quba"lı hücumçu 182 xal toplayıb.

 

İkinci yerdə "Şəki"dən Aleksandr Kolduel (179), üçüncü yerdə isə "Gəncə"nin oyunçusu Cordan Forbs (156) qərarlaşıb.

 

Eyni zamanda, "Sumqayıt"lı Zion Yanq orta göstəriciyə görə (hər matçda 28% xal) öndədir.

 

"Sabah"dan Klavs Kavars blokların sayına görə (19), "Sərhədçi"dən Milenko Veljkoviç ribaundlara görə (98), "Naxçıvan"lı Cordan Perkins isə ötürmələrdə (80) öndədir.