İslamiadanın basketbol 3x3 üzrə qadın və kişilərin yarışında qrupların tərkibi müəyyənləşib. Sport24.az xəbər verir ki, h'r iki yarışda qruplarda on komanda iki qrupda mübarizə aparacaq.

Püşk nəticəsində qadınların mübarizəsində A qrupunda Azərbaycan, Türkmənistan, Əlcəzair, Mali və Əfqanıstan, B qrupunda İndoneziya, Türkiyə, Suriya, Fələstin və Pakistan milliləri yer alıb.

Kişilərin yarışında isə A qrupunda millimizə Türkiyə, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan  rəqib olub. İndoneziya, Qətər, Kot d`İvuar, Mali, İordaniya yığmaları isə B qrupunda münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, həm qadın, həm də kişilərin yarışında qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.