“Keşlə” klubu futbolçusu Aleksandr Kristovao ilə müqaviləyə birtərəfli qaydada xitam verib. Sport24.az xəbər verir ki, anqolalı hücumçu artıq paytaxt təmsilçisinə məxsus deyil.
Ötən ilin yayında komandanın düşərgəsini icazəsiz tərk edən 28 yaşlı forvard FIFA-ya şikayət edib. Klub da öz növbəsində qeyri-peşəkar hərəkət edən təcrübəli oyunçu ilə bağlı dünya ali futbol qurumuna şikayət məktubunu ünvanlayıb.
Haızrda məsələ FİFA-dadı və məsələnin yaxın vaxtda həllini tapmayacağı bildirilib. Bu qurum kimi haqlı çıxarsa, qarşı tərəfin apelyasiyası olacaq. Bu da məsələni uzanacağı deməkdi.
Xatırladaq ki, keçən ilin qış fasiləsində "Keşlə"yə keçən, əsas heyətdə möhkəmənə bilməyən, ən əsası, qol hesabını belə aça bilməyən Kristoavo ilə müqavilə cari mövsümün sonunadək idi.